Biznesin qiymətləndirilməsi

Beynəlxalq təcrübə göstərir ki, biznesin qiymətləndirilməsi yalnız müəyyən əməliyyatların həyata keçirilməsi zamanı deyil, hər zaman prioritet olmalıdır. Biznesin qiymətləndirilməsinin aparılması əsasən onun satışı zamanı zəruridir ki, biznesi əldə edən şəxslər onun real vəziyyəti və perspektivləri haqqında xəbərdar olsunlar. Biznesin bazar qiyməti bütün digər iqtisadi göstəricilər kimi qeyri-stabildir, real vəziyyətə uyğun olan dəqiq məlumatların alınması zəruridir. Biznesin qiymətləndirilməsi onun alışı, satışı, investisiya proyektinin həyata keçirilməsi, hüquqi şəxsin aksiyalarının satışı, hüquqi şəxsin effektiv inkişafı planının yaradılması, hüquqi şəxsin yenidən qurulması, likvidasiyası, birləşmə, ayrılma və s. hallarda mümkündür.

Hüquqi Konsultasiya