Hüquqi konsaltinq

Hüquqi konsaltinq çərçivəsində təsərrüfat fəaliyyətinə, ayrı-ayrı əqdlərə, əməliyyatlara hüquqi xidmət üzrə xidmətlərin tam spektri, məhkəmə mübahisəsinə məhkəmə baxışında müşayiət etmə təqdim olunur.

Biznesin yenidən strukturlaşdırılması üzrə, yaxud müvafiq idarəetmə qərarının hazırlanması çərçivəsində əqd bağlanması halında layihənin, yaxud hüquqi şəxsin kompleks hüquqi tədqiqi (Legal Due Diligence) həyata keçirilir.

Tədqiqatın həcmi Sifarişçi ilə razılaşdırılır və fəaliyyətin aşağıdakı aspektlərini və isstiqamətlərini əhatə edir:

  • daşınmaz əmlakla əqdlər;
  • təsərrüfat cəmiyyətlərinin səhmləri/payları ilə əqdlər;
  • qeyri-maddi aktivlərə olan hüquqlar;
  • idarəetmə qərarlarının əsaslandırılması (korporativ idarəetmə);
  • əmək qanunvericiliyi tələblərinə riayət olunması;
  • istehsal müəssisələrinin fəaliyyətinin hüquqi tənzimlənməsi (sertifikatlaşdırma, sanitariya-müdafiə, müdafiə zonaları, digər);
  • antiinhisar qanunvericiliyi normalarına riayət olunması.

Mübahisəyə məhkəmə baxışında müşayiət etmə mövqeyin hazırlanmasını və əsaslandırılmasını, mübahisənin məhkəməyəqədərki tənzimlənməsini, iddia ərizəsinin verilməsini və birinci və sonrakı instansiyalarda Sifarişçinin mənafelərinin təmsil olunmasını əhatə edir.

Hüquqi Konsultasiya