FAQ

Yoldaşımla boşanmışıq, aliment üçün məhkəməyə müraciət etmişəm. Lakin o alimentləri vaxtı-vaxtında və tam məbləğdə ödəməyib, müxtəlif bəhanələrlə ödəməkdən boyun qaçırıb. Keçmişdə borclu qaldığı aliment məbləğini ondan tələb edə bilərəm?

Bəli, tələb edə bilərsiz.

Əgər keçmiş həyat yoldaşım heç yerdə işləmirsə, mən ondan necə aliment ala bilərəm?

Siz ilk öncə keçmiş həyat yoldaşınızın qeyri-rəsmi gəlirinin və ya hər hansı birmülkiyyətinin olub-olmadığını öyrənməlisiz. Bu hərəkətlər icra məmuru ilə birlikdə aparılır. Daha ətraflı məlumatı konsultasiya zamanı öyrənə bilərsiniz.

Mən yoldaşımdan boşanmışam, biz ayrı yaşayırıq, lakin o mənim mülkiyyətimdə olan evdə qeydiyyatdadır. Mən onu necə qeydiyyatdan çıxara bilərəm?

Bunun üçün sizin yoldaşınızın hansı əsasla həmin mənzildə qeydiyyata alındığını və həmin mənzilin hansı əsaslarla sizin mülkiyyətinizdə olduğunu öyrənmək lazımdır.

Babam yataq xəstəsidir, ona anamla mən qulluq edirik. Biz onun adından təqaüd ala bilərik?

Siz notaries nümayəndəsini evinizə dəvət edib təqaüdün alınması üçün etibarnamə ala bilərsiz.

Mənə ərizə yazaraq öz istəyimlə işdən qovulmağımı təklif ediblər. Mən isə işdən çıxmaq istəmirəm. Bu vəziyyətdə nə edə bilərəm?

Əgər işdən çıxmaq istəmirsinizsə, ərizə yazmağa məcbur deyilsiniz. Bizimlə əlaqə saxlayaraq daha ətraflı məlumat əldə edə bilərsiz.