“Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyəti fərdi və korporativ hüquq xidmətləri, hüquqi konsaltinq, qiymətləndirmə xidmətlərinin göstərilməsi ilə məşğuldur.
Şirkətimiz qısa zamanda müştərilərin və əməkdaşların etimadını qazanaraq hüquqi xidmətlər bazarında öz layiqli yerini tutmuşdur. Şirkətimiz yalnız Azərbaycan daxilində deyil, Rusiya, Türkiyə, İsrail və s. xarici ölkələrlə bağlı olan müxtəlif növ fərdi və korporativ hüquqi mübahisələrin həlli ilə məşğuldur.
Bizim hüquq sahəsində böyük təcrübəyə malik hüquqşünaslarımız Sizin hər növ hüquqi problemlərinizi həll edəcək, sizə müxtəlif yanaşmalar və həll yolları təqdim edəcəklər.
“Legal Prime” MMC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. Şirkətimizin qiymətləndirici ekspertləri yüksək peşəkarlığa və müvafiq sertifikata sahibdirlər. Biz daşınar və daşınmaz əmlakın, sığorta hadisələrinin, biznesin, maşın və avadanlıqların qiymətləndirilməsi, banka girov məqsədi ilə qiymətləndirmə sahələrində xidmət göstəririk.
“Legal Prime” MMC öz fəaliyyətini müştərilərə fərdi yanaşma, yüksək professionallıq, etibarlı əməkdaşlıq prinsipləri üzərində qurmuşdur.