Banka girov qoyulması məqsədilə qiymətləndirmə
Banka girov qoymaqla kredit alınması üçün girov obyektinin qiymətləndirilməsi vacibdir. Bu zaman qiymətləndirilən girov obyekti müxtəlif növ daşınmaz əmlak, nəqliyyat vasitələri, avadanlıqlar, qiymətli kağızlar, aksiyalar və s. ola bilər. Girov obyektinin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi həm banklar, həm də borcalan üçün önəmlidir. Girov obyektinin düzgün qiymətləndirilməsi gələcəkdə kredit və girovla bağlı bir çox problemləri əvvəlcədən həll etməyə kömək edir.
Hər bir halda düzgün qiymətləndirilmə aparılması və dəqiq nəticələrin əldə olunması üçün etibarlı və peşəkar qurumlara müraciət edilməsi zəruridir. Bizim şirkətimiz bütün lazımi məqamları nəzərə almaqla, ən düzgün qiymətləndirmə nəticələrinin əldə olunmasına çalışır.