Hüquqi audit

Hüquqi audit — mövcud qanunvericiliyə, işgüzar adətlərə və məhkəmə təcrübəsinə uyğunluğunu müəyyən etməyə imkan verən, şirkətin təsis sənədlərinin, hüquqmüəyyənedici və müqavilə sənədləşməsinin yoxlanılması və tədqiqi sahəsində kompleks tədbirlərdir.
Aşağıda göstərilən hallarda şirkətin itkilərə məruz qala biləcəyi risklərinin qarşısı alınması məqsədilə mövcud sənədləşmənin azərbaycan qanunvericiliyinə uyğun olub-olmamasının yoxlanılması- hüquqi auditin əsas hədəfidir:

  • Şirkətə inzibati cərimələrin və müxtəlif dövlət orqanları tərəfindən sair sanksiyaların tətbiq edilməsi hallarında;
  • Müqavilə tərəfdaşlarının öz öhdəliklərini yerinə yetirməməsi təqdirdə;
  • Mövcüd müqavilələrin lazımi qaydada icra olunmamasına görə müqavilə tərəfdaşlarına dair sanksiyaların tətbiq edilməsi hallarında;
  • Şirkət işçiləri öz vəzifələrindən sui-istifadə etdikdə;
  • Aktivlərin (daşınmaz obyektlərin, intellektual mülkiyyət obyektlərinin) qanunsuz ədlə edilməsi və istifadə edilməsi hallarında və sair.

 

  • Müəssisə və ya təşkilatların təsərrüfat fəaliyyətinin həyata keçirilməsi prosessində yaranan hüquqi məsələlərin yüksək ixtisaslı kompleks müşayiəti;
  • Müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, təqdim olunmuş müqavilə layihələrinə dair yazılı rəylərin verilməsi, müqavilə öhdəliklərinin müəyyən olunması və müzakirəsində iştirak, icra prosesində olan müqavilələrə əlavə və dəyişikliklərin olunması və ya müqaviləyə xitam verilməsi üzrə tədbirlərin görülməsi;
  • Xarici şəxslər və ya şirkətlərlə bağlanılacaq müqavilələrin tələb olunan xarici dildə tərtib olunması;
  • Müştərilərin tələbinə uyğun olaraq qanunvericilik bazası (kağız və ya elektron formatlarda) ilə təminat;
  • İstənilən hüquqi məsələlərin operativ surətdə həlli;
  • Müəssisə və ya təşkilatın daxili sənədləşmə və kargüzarlıq işinin qanunauyğun şəkildə həyata keçirilməsinin müşayiət olunması;
  • Əmək müqavilələrinin hazırlanması və əmək hüququ üzrə konsultasiyaların verilməsi;
  • Müştərinin maraqlarının dövlət və ya məhkəmə orqanları, eyni zamanda 3-cü şəxslər qarşısında müdafiəsi.

Hüquqi Konsultasiya