Fərid Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Bakalavr təhsili aldığı müddətdə bir sıra icra və məhkəmə hakimiyyəti orqanlarında təcrübə keçmişdir. Bir neçə yerli və beynəlxalq tədbirlərdə və seminarlarda iştirak etmişdir. Hazırda Vüzçburg Maksimilyan Universitetinin proqramı üzrə Bakı Dövlət Universitetinin, Hüquq fakültəsində (Avropa hüququ-ingilis dilində) təhsilini davam etdirir. Təhsilini başa vurduqdan sonra ikili diplomla həm Bakı Dövlət Universiteti, həm də Vüzçburg Maksimilyan Universitetinin diplomları ilə təltif olunacaq.
Magistr təhsili aldığı müddətdə yerli hüquq şirkətlərindən birində, daha sonra isə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatında elmi-tədqiqat təcrübəsi keçmişdir. Şirkətimizdə əsas fəaliyyət istiqamətləri korporativ hüquq, kommersiya hüququ, ailə hüququ, vərəsəlik hüququ, əmək hüququ və bank hüququ üzrə yaranan mübahisələrin tənzimlənməsi təşkil edir.