Sığorta hadisələri zamanı qiymətləndirmə
Adətən sığorta hadisələri zamanı sığorta agentləri sığorta məbləğini aşağı salır və ayrılan məbləğ sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması üçün kifayət etmir. Sığorta agentləri bunu öz hesablama tariflərinin olması ilə əsaslandırırlar. Sığorta məbləğinin ödənilməsindən imtina olunması, sığorta məbləğinin aşağı salınması və s. xoşagəlməz hallarla qarşılaşmamaq üçün siz sığorta hadisəsinin qiymətləndirilməsi üçün müstəqil ekspertlərə müraciət edə bilərsiz.
Şirkətimiz əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması,nəqliyyat vasitələrinin sığortası (KASKO),oğurluq hallarından sığorta,yüklərin sığortası və digər sığorta növləri üzrə qiymətləndirmə ekspertizası həyata keçirir.