Maşın və avadanlıqların qiymətləndirilməsi
Maşın və avadanlıqların qiymətləndirilməsi özündə – nəqliyyat vasitlərinin, texnoloji avadanlıqların, mebellərin, digər məişət əşyalarının, müxtəlif növ alətlərin və s. qiymətləndirilməsini ehtiva edir.
Maşın və avadanlıqların qiymətləndirilməsi onların alışı, satışı, likvidasiyası, sığorta, kredit, əmlak bölgüsü və digər hallarda mümkündür. Müştəri qiymətləndirmə üçün müraciət edən zaman qiymətləndirmənin məqsədini də bildirməlidir ki, qiymətləndirici qiymətin növünü (bazar qiyməti, likvidasiya qiyməti, sığorta qiyməti və s.) təyin edə bilsin. Eyni zamanda, eyni bir əmlakın bir neçə müxtəlif məqsədlər üçün qimyətləndirilməsi də mümkündür. Bu zaman əldə olunan qiymətlər arasında fərq olur.