Fərdi hüquq xidmətləri

Biz müxtəlif sahələrdə hüquqi xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmışıq.

Bizim xidmətlərimiz:

—   hüquqi konsultasiya

—   şəxsi hüquqşünas və vəkil xidməti

—   müxtəlif instansiya məhkəmələrində müştərilərin maraqlarının qorunması

—   istənilən məzmunda hüquqi sənədlərin hazırlanması və s. sahələri əhatə edir

Bizim hüquqşünaslarımız hüququn istənilən sahələrində sizin maraqlarınızı qoruya bilərlər:

  • Əmək mübahisələri — əmək münasibətləri üzrə işçi ilə işəgötürən arasında yarana biləcək bütün növ mübahisələr;
  • Bank mübahisələri – bank və kredit təşkilatları ilə kredit, faizlər və s. mübahisələr üzrə;
  • Ailə mübahisələri – ailə qanunvericiliyi üzrə müxtəlif növ mübahisələrin, nikahın ləğvi, əmlak bölgüsü, övladlığa götürmə, vərəsəlik, qeydiyyat və s. məsələlər üzrə;
  • Borcun tələb olunması – fiziki və hüquqi şəxslər arasında müqavilələr, əqdlər və s. əsaslar üzrə borcun tələb olunması;
  • Yol-nəqliyyat hadisəsi və avtomobil sığortası ilə bağlı mübahisələr – yol-nəqliyyat hadisələrinin səbəbkarları ilə mübahisələr, avtomobilə dəymiş ziyanın ödənilməsi, sağlamlığa dəymiş ziyanın kompensasiyası, sığorta şirkətləri və agentləri ilə müxtəlif növ mübahisələr;
  • Vergi münasibətləri –deklarasiyaların tərtib olunması, mülki və sosial vergi güzəştlərinin əldə olunması üzrə yardım, kameral vergi yoxlamalarının nəticələrinin mübahisələndirilməsi;
  • İstehlakçıların hüquqlarının müdafiəsi – müxtəlif malların alqı-satqısı, xidmətlərin göstərilməsi üzrə mübahisələr;

və digər müxtəlif növ hüquqi mübahisələr üzrə.

Hüquqi Konsultasiya