Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi

Daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi həm fiziki, həm də hüquqi şəxslər üçün olduqca əhəmiyyətlidir. Hər hansı bir əmlakın alqı-satqısı, ipoteka, vərəsəlik məsələlərində onun qiymətləndirilməsi zərurəti yaranır. Hüquqi şəxslər də öz mülkiyyətləri ilə bağlı istənilən növ əməliyyatların həyata keçirilməsi zamanı onun obyektiv bazar qiymətinin müəyyənləşdirilməsinə ehtiyac duyurlar. Bizim təcrübəli ekspertlərimiz sizin istənilən növ daşınar və daşınmaz əmlakınızın bazar qiymətinin müəyyənləşdirilməsinə kömək edəcəklər.

Bu gün daşınmaz əmlakın qiymətləndirilməsi ən çox tələb olunan sahədir. Daşınmaz əmlakın qiymətləndirilməsi onun alqı-satqısı, sığortası, kredit götürülməsi, mülkiyyət mübahisələri və vərəsəlik zamanı tətbiq olunur.

Hüquqi Konsultasiya