Tural şirkətimizin qiymətləndirmə mütəxəssislərindəndir. O 2004-cü il də Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. 2006-2007-ci illər də “Texnikabank” ASC-də və 2008-2009-cu illər də “Yeni Motor” MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. O, əmlak bazarının monitorinqinin aparılması, marketinq araşdırmalarının həyata keçirilməsi, təkliflərin hazırlanması işlərini həyata keçirir.
Tural bununla yanaşı daşınmaz əmlak bazarının və bununla bağlı iqtisadiyyatın digər sahələrinin potensial imkanlarının araşdırılması, daşınmaz əmlakdan istifadəyə dair məsləhətlər verilməsi üzrə xidmətləri həyata keçirir.